Günay Əfəndiyeva Türk dövlətlərinin Niderland Krallığındakı səfirləri ilə görüşüb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Niderland Krallığına səfəri çərçivəsində Azərbaycan Respublikasının səfiri Rəhman Mustafayev, Qazaxıstan Respublikasının səfiri Askar Jumagaliyev və Türkiyə Respublikasının səfiri Selçuk Ünal ilə görüşlər keçirib.
Görüşlərdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilata üzv və müşahidəçi ölkələr ilə yanaşı, digər xarici ölkələrlə əməkdaşlığına diqqət çəkilib. Fondun Türk Dünyasının qədim və zəngin irsinin daha ətraflı öyrənilməsi və geniş auditoriyalara çatdırılması yönündə müxtəlif qitələrdə həyata keçirdiyi layihə və tədbirləri qeyd olunub. Fond tərəfindən Azərbaycan, Qazaxıstan və Türkiyə Respublikalarının Niderland Krallığındakı Səfirlikləri ilə iş birliyi çərçivəsində qədim Türk yazılarından olan petroqliflərə, tamğalara və runik işarələrə həsr edilmiş sərginin uğurla gerçəkləşməsi vurğulanıb. Fond ilə gələcək əməkdaşlığın perspektivləri və mümkün birgə layihələr ətrafında müzakirələr aparılıb.
Digər Xəbərlər
23 Dekabr 2025 13:46
Şüvəlanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş konsert keçirilib
23 Dekabr 2025 13:36
Təqaüdçü aktyorlar niyə diqqətdən kənar qalıb?- SORĞU
20 Dekabr 2025 18:55
Qədir Rüstəmovun xatirəsi anıldı - FOTOLAR
17 Dekabr 2025 16:47


Bakı -°C

