“Günəşli” neft yatağındakı yanğına qurban olan 30 talesiz soydaşımız - 9 il
Bu gün “Günəşli” neft yatağında baş vermiş faciədən 9 il ötür.
Adalet.az xəbər verir ki, 2015-ci ilin dekabrın 4-də “Günəşli” neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb. Daha 3 neftçinin cəsədi çox sonra dənizdən tapılıb.
Qeyd edək ki, qəza baş verən zamanı platformada olan 63 işçidən 33 nəfəri xilas edilib. Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub.
Rəsmi açıqlamada hadisənin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunun qırılması səbəbindən baş verdiyi bildirilib. Nəticədə, boru kəməri zədələnib və şiddətli yanğın baş verib.
İtkin düşənlərin siyahısı:
.jpg)
İman Şura oğlu Qasımov (48 yaş)
Mübariz Dilqəm oğlu Qasımov (57 yaş)
Edik Rivazin oğlu Rzaxanov (32 yaş)
Tural Fətəli oğlu Babazadə (22 yaş)
Əzizağa Nöhbala oğlu Quliyev (62 yaş)
Elşad Balaoğlan oğlu Rəsulov (44 yaş) (tapılıb)
Bayram Mirzəağa oğlu Qasımov (37 yaş)
Adil Ələkbər oğlu Abdullayev (62 yaş)
Əbdüləziz İsmayıl oğlu Əbdüləzizov (61 yaş) (tapılıb)
İzzət Qəmbər oğlu Şirəliyev (42 yaş)
Qəmərşah Nəcməddin oğlu Nəcməddinov (37 yaş)
Seyfəddin Abil oğlu Niyazov (47 yaş)(tapılıb)
İnqilab Osman oğlu İskəndərov (58 yaş)(tapılıb)
Oleq Akim oğlu Mayborda (44 yaş)(tapılıb)
Canbaxış Əhməd oğlu Əhmədov (53 yaş)(tapılıb)
Xalid Bəşir oğlu İbrahimov (44 yaş)
Vəli Kişikağa oğlu Cəriyev (48 yaş)(tapılıb)
Bəhlul Sirac oğlu Hüseynov (46 yaş)
Xoşbəxt Xanış oğlu Səmədov (34 yaş)(tapılıb)
Zaur Arif oğlu Xəlilov (40 yaş)
Sahib Güloğlan oğlu Sahmarov (42 yaş)
Əyyub Xəlil oğlu Əliyev (42 yaş) (tapılıb)
Ölənlərin siyahısı
1.Ramiz Nüsrəddin oğlu Həsənov- 50 yaş
2. Zaur Vahid oğlu Həsənov -39
3. Fuad Tahir oğlu Tağıyev- 34
4. Ağa İzzət oğlu Mahmudov -47
5. Mikayıl İsmayıl oğlu Babayev- 52
6. Samir Cahangir oğlu Mayılov- 31
7. Fəxrəddin Xancan oğlu Quliyev -58
8. Habil Tağı oğlu İsgəndərov -50
Həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Çilov adasında 2016-cı idə abidə ucaldılıb.
Allah rəhmət eləsin!
Əntiqə Rəşid
Digər Xəbərlər
06 Dekabr 2025 21:20
"Qobu Park 1"də zəhərlənənlərdən birinin vəziyyəti ağırdır
06 Dekabr 2025 18:11
Cəlilabadda baş verən yanğını polis əməkdaşları söndürdü - FOTO
05 Dekabr 2025 17:36
Binəqədidə obyektdə partlayış oldu - VİDEO
05 Dekabr 2025 16:25
Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə - 12 nəfər...
05 Dekabr 2025 15:34
Milli Qəhrəmanın atası vəfat etdi
05 Dekabr 2025 11:35
Dəhşətli yanğında həlak olan ana və övladlarının FOTOLARI
05 Dekabr 2025 10:49
Bakıda 21 yaşlı qadın doğuş zamanı öldü
05 Dekabr 2025 09:46


Bakı -°C


