16 Oktyabr 2024 09:48
124
DÜNYA

Gürcüstan DTX-dən təxribatla bağlı XƏBƏRDARLIQ

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) parlament seçkiləri ərəfəsində planlaşdırılan təxribat barədə xəbərdarlıq edib.

Adalet.az xəbər verir ki, bununla bağlı qurum məlumat yayıb.

DTX-nin məlumatına görə, siyasi dairələrlə əlaqəli qruplar Gürcüstan hökumətinin nümayəndələrinin səsləri və videogörüntülərindən istifadə edərək saxta video və audioyazılarını yaymağı planlaşdırırlar.

"Saxtalaşdırılmış audioyazılar Dövlət Təhlükəsizlik Xidmətindən sızdırılmış məlumatlar kimi təqdim ediləcək. Bu saxta məlumatın yayılmasının məqsədi hakimiyyət qolları arasında qarşıdurma yaratmaq, hökumət ilə pravoslav kilsəsi arasında düşmənçilik törətmək və hökumətlə Qərb tərəfdaşları arasında münasibətləri pisləşdirməkdir”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.