16 Oktyabr 2024 11:44
78
DÜNYA

Bill Klinton prezident seçkilərinin şəffaf  keçiriləcəyinə şübhə edir..?

ABŞ-ın keçmiş prezidenti Bill Klinton bəyan edib ki, ABŞ-da prezident seçkilərinin nəticələri, səslərin düzgün sayılmasından və şəffaf keçirilməsindən asılı olacaq.

 "Kimin daha çox seçilmək istəyi, kimin güclü olduğunu müəyyənləşdirmək üçün, açıq və səslərin düzgün hesablanmasından asıll olacaq"- deyə, Klinton  Corciya ştatının Kolumbus şəhərində NBC News-in jurnalistinin sualını cavablandırarkən bildirib.

 Keçmiş ölkə lideri etiraf edib ki, təmsil etdiyi Demokratik partiyanın vəziyyəti 20 il əvvəlkindön çox da fərqlənmir. Onun sözlərinə görə, "qələbə ilə məğlubiyyətin arasındakı fərq demək olar ki, elə həmin nöqtədə qalıb".

Daha əvvəl, sentyabrın 11-də məlum olulub ki, ABŞ prezidentliyinə namizədlər- respublikaçı Donald Tramp və demokratlar partiyasından Kamala Xarris bu ay başqa-başqa telekanallar vasitəsiylə xalqa müraciət edəcəklər.

 Xatırlladırıq ki, Donald Tramp Kamala Xarrislə növbəti debatdan imtina etmişdi. 

 Rüstəm Hacıyev