16 Oktyabr 2024 13:27
89
ŞOU-BİZNES

Müğənni: “Əvvəlki kimi yaxın münasibətim yoxdur”

Son günlər  nigahdankənar uşaq dünyaya gətirməyi ilə bağlı gündəm olan Şəbnəm Qəhrəmanova bu dəfə də həmkarlarıyla küsülü qalmağından danışıb.

Adalet.az bildirir ki, müğənni səhnədə ən yaxın rəfiqəsi ilə küsülü olduğunu etiraf edib:

“Hər kəs məndən bunu soruşur. Bəli, Türkan Vəlizadə ilə küsülüyük. Əvvəlki kimi yaxın münasibətim yoxdur. Demirəm ki, heç vaxt barışmaram. Amma indi münasibətimiz çox soyuqdur. Hansısa el məclisində görsəm kənardan salamlaşaram. Amma əvvəl ki qədər yaxın olmaram. Həyatdır, olur belə şeylər”.

Əntiqə