Fərqanə Qasımovadan həyat yoldaşı ilə bağlı suala CAVAB
Əməkdar artist Fərqanə Qasımova "Həftənin qonağı" verilişdə qonaq olub.
Adalet.az xəbər verir ki, xanəndə aparıcının "Uşaqlarınız atası ilə ünsiyyət saxlayırlar" sualına belə reaksiya verib.
"Bu mövzulara çox girmək istəmirəm. Tamaşaçılara həmişə hər şey maraqlıdır. Amma düşünürəm ki, nə etmişəmsə, özüm üçün etdim. Bu gün əgər ismətimi, adımı, qadın obrazımı sənətdə, ailədə saxlamışamsa, özümə görə etmişəm. Çünki onu başqasına görə saxlasaydım, xalqın bəzi sözləri mənə pis təsir edərdi. Şərhləri oxuyuram. Bilib-bilmədikləri şeyləri yazmaq, bir insanın haqqına girməkdir. 20 ildir həyatını qoruyub saxlamış, 4 övladı ilə nələrdən keşmiş qadının yaşadıqlarını bilmədikləri halda ünvanına istədikləri anda nəsə yazmaq onun haqqına girməkdir. Haqqımı heç vaxt o insanlara halal etmirəm. Günaha girməsinlər. Əlbəttə onlara maraqlıdır, görəsən Fərqanənin övladlarının ataları ilə əlaqəsi var? Ata tərəf necədir? Fərqanə otursun burada qəşəng qeybət qırsın ki, baxımlı veriliş olsun. Keçdiyim ömür səhifələrini burada bir anda açmaqla özümə hörmətsizlik etmiş olaram. Çünki həyatımı incə-incə, yüz ölçüb bir baxmışam. Buna görə də, onları asan şəkildə kiməsə izah etmək istəmərəm".
Qeyd edək ki, F.Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşı Elnur Mövlamovdan ayrılıb. Xalq artisti Alim Qasımovun evindən pul və qızıl-zinət əşyalarını oğurladığına görə həbs edilən kürəkəni Elnur 8 il azadlıqdan məhrum edilib.
İkilinin 4 övladı var.Axşam.az
Digər Xəbərlər
09 Sentyabr 2026 10:21
Zaur Rzayev xəstəxanaya yerləşdirildi
09 Sentyabr 2026 07:04
“5 il ömrüm qalıb” - Brüs Kempbell
08 Sentyabr 2026 07:55
Bu ilin "Dünya gözəli" o seçildi
08 Sentyabr 2026 07:12
Aparıcı Elgiz efirə qayıtdı - İnsanları evləndirəcək
08 Sentyabr 2026 07:06
“Mənə bacı deməyin” – Bülent Ersoydan estetik əməliyyat açıqlaması
07 Sentyabr 2026 16:30
Seda Sayan 7 milyon manat qazanacaq
07 Sentyabr 2026 13:10
Rəqqasə Fatimə: “ … mənə qutab vermədiyin günü xatırla”
07 Sentyabr 2026 12:04


Bakı -°C

