16 Oktyabr 2024 12:47
83
ŞOU-BİZNES

Xatirə İslam: “Heç kəs şəxsi həyatımı müzakirə edə bilməz”

Mahnılarından çox estetik əməliyyatlarıyla yadda qalan Xatirə İslam şəxsi həyatından danışıb.

Adalet.az xəbər verir ki, müğənni onun xoşbəxtliyinə artıq- əksik söz deyənlərə ismarıc göndərib:

“Çox eşidirəm ki, məndən danşırlar. Amma heç kəsi baş üçün deyil ki, mənim xoşbəxtliyimdən danışsın. Mən xoşbəxtəm ki, Fəxrəddin kimi həyat yoldaşım, Emil kimi oğlum var.  Heç kəs şəxsi həyatımı müzakirə edə bilməz. Mən çox xoşbəxtəm. Allah mənə bütün gözəl nemətləri verib. Evim, işim, ailəm, övladım, gözəlliyim hamısı bir- birini tamamlayır. Artıq nə lazımdır ki”?

Əntiqə