16 Oktyabr 2024 14:38
88
DÜNYA

NATO-nun strategiyası: "Müharibə davam etdirilməlidir"

NATO-nun yeni Baş katibi Mark Ryutte, Brüsseldə kdçirdiyi mətbuat konfransında bəyan edib ki, Şimali Atlantika alyansının strategiyası,  hərbi əməliyyatların davam etditilməsindən ibarətdir.

 Baş katib qeyd edib ki, strategitanın əsas mahiyyəti Rusiya ilə Ukrayna arasında danışıqların başlayacağına qərar verildiyi təqdirdə "güc baxımından" üstünlük qazanmaqdır. "Rusiya prezidenti Vladimir Putinə Ukraynada istədiyinə nail olmağa imkan verilməməlidir. Bu isə o deməkdie ki, müdafiə olunmaq üçün Ukraynaya hərbi yardımları kütləvi şəkildə artırmalıyıq"-deyə Ryutte bildirib.

NATO-nun rəhbəri əlavə edib ki, alyans danışıqlarda daha güclü mövqedən çıxış etməsi üçün, Kiyevin hərbi əməliyyatlarda müqavimət göstərməsi ilə bağlı bütün imkanlarından istifadə etməlidir. 

 Ryutte  bəyan edib ki, alyansın yeni komandanlığı "Ukraynanın döyüş meydanlarında real vəziyyəti öz xeyirkərinə dəyişməsini təmin etməlidir". 

 NATO-nun yeni baş katibinin çıxışı bir daha göstərir ki, Rusiya-Ukrayna müharibəsi hələ uzun müddət davam edəcək. Görünən odur ki, ABŞ "dövlət maraqlarını" həyata keçirmək xatirinə Ukraynanı və ukraynalıları  qurban verməyə hazır olduğunu bir daha, açıq şəkildə ortaya qoyur.

 Rüstəm Hacıyev