16 Oktyabr 2024 17:41
78
İDMAN

"Liverpul"da yeni müqavilə

"Liverpul” futbolçusu Trey Nyoni ilə ilk peşəkar müqavilə bağlayıb.

Adalet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi 2027-ci ilə qədər mersisaydlıların əsas komandasında çıxış edəcək.

Qeyd edək ki, İngiltərənin 18 yaşadək futbolçulardan ibarət yığmasının üzvü olan Nyoni ötən ilin sentyabrında “Lester"dən “Liverpul”a keçib.