16 Oktyabr 2024 17:02
108
DÜNYA

Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ: tədris dayandırıldı, 200-ə yaxın yaralı - YENİLƏNİB

Malatyadakı zəlzələdə 187 nəfər yaralanıb. Onlardan 43-ü xəstəxanaya yerləşdirilib. 

Adalet.az xəbər verir ki,  bu barədə Türkiyə KİV-i məlumat yayıb. 

 

**16:40

Türkiyənin Malatya şəhərində 5,9 bal gücündə zəlzələ baş verib. Episentri Kale mahalı olan zəlzələ bir çox vilayətdə hiss olunub. 3 binada qismən çökmə baş verərkən, can itkisinin olmadığı açıqlanıb.

Adalet.az xəbər verir ki, Malatyada 4 nəfər hündürlükdən yıxılma kimi səbəblərdən, Şanlıurfada isə bir evin eyvanının çökməsi nəticəsində 1 nəfər yaralanıb. Elazığ valisi Numan Hatipoğlu zəlzələdə 94 nəfərin yaralandığını, 2 binanın ciddi ziyan gördüyünü bildirib. 

***12:25

Malatya vilayətində baş verən güclü zəlzələyə görə təhsil müəssisələrində tədris birgünlük dayandırılıb.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barəsə şəhər valisi Seddar Yavuz məlumat yayıb. 

 ***12:01

Türkiyənin Malatya bölgəsində 5.9 maqnitudalı zəlzələ baş verib. 

Adalet.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Episentri Malatyanın Kale rayonu olan 5,9 bal gücündə zəlzələ saat 10.46-da qeydə alınıb. Zəlzələnin 10,07 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

5,9 bal gücündə zəlzələ Diyarbəkir, Tunceli və Elazığda da hiss olunub.