28 Yanvar 2025 18:02
259
DÜNYA

Gürcüstanda MSK sədrinə silah gəzdirməyə icazə veriləcək

Gürcüstanda Mərkəzi Seçki Komissiyasının sədrinə və üzvlərinə xidməti odlu silah gəzdirməyə icazə veriləcək.

Adalet.az xəbər verir ki, bununla bağlı qanun layihəsi hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının deputatları tərəfindən parlamentə təqdim olunub.

Layihəyə əsasən, MSK üzvləri “Silah haqqında” qanuna düzəlişlə öz səlahiyyətlərini həyata keçirmək üçün xidməti silah gəzdirmək hüququna malik şəxslərin siyahısına əlavə ediləcək.

Həmçinin, son 4 il ərzində vəzifəsini fasiləsiz icra etmiş MSK üzvləri səlahiyyət müddəti başa çatdıqdan sonra da özünümüdafiə məqsədilə idman xarakterli odlu silah gəzdirə biləcəklər.