Türkiyədən Suriyaya qayıdan qaçqınların sayı açıqlanıb
Bəşər Əsəd rejimi devriləndən sonra Türkiyədən ölkələrinə qayıdan suriyalıların sayı açıqlanıb.
Adalet.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
O bildirib ki, indiyə kimi 81 min 576 suriyalı könüllü öz ölkəsinə qayıdıb.
Nazirin sözlərinə görə, Türkiyə suriyalıların təhlükəsiz şəkildə geri qayıtmağını təmin etmək üçün bundan sonra da öhdəsinə düşəni edəcək.
Qeyd edək ki, Suriyada 61 illik Ərəb Sosialist Dirçəliş Partiyası (BƏƏS) 12 dekabr 2024-cü ildə süqut edib. Bundan sonra Türkiyədə yaşayan suriyalı qaçqınlar öz ölkələrinə qayıtmağa başlayıb.
Digər Xəbərlər
30 Yanvar 2025 13:03
"ABŞ qəti şəkildə Zelenskiyə yox deməlidir"
30 Yanvar 2025 12:38Tramp Avropa İttifaqını çökdürmək istəyir...
30 Yanvar 2025 10:18Alyaskada güclü zəlzələ oldu
30 Yanvar 2025 09:47Pentaqon təyyarə qəzası ilə bağlı araşdırma başlatdı
30 Yanvar 2025 09:34