Gürcüstanda rusiyalı turist qətlə yetirilb
Yeni il şənlikləri keçirmək məqsədiylə həyat yoladaşı ilə Gürcüstana gələn rusiyalı turist Viktor Solovyov, qətlə yetirilib. Tulalı biznesmenin cəsədi Nakra çayından tapılıb.
Yanvar ayının 5-də dağ xizək kurortu Mestiya ilə Zuqdidi rayonuna gedən yolda, silahlı quldurlar rusiyalı ər-arvada hücum edərək, əvvəlcə onların mobil telefonlarını əllərindən alıblar, sonra isə , onlara qarşı soyğunçuluq əməli törədiblər. Hücum edönlər sonra qadını yolun ortasında buraxaraq, kişini nəməlum istiqamətə aparıblar.
Qadın çətinliklə olsa da, Rusiyanın diplomatik korpusuna gəlib və Gürcüstan polisi iki gün ərzində axtarış aparıb. Əməliyyatçılar isti izlərlə qətli tprətməkdə şübhəli bilinən iki nəfəri - 32 və 38 yaşlı kişiləri müəyyən edərək saxlayıblar. Saxlanılan şəxslər törətdikləri qətl hərəkətlərini etiraf edərək bildiriblər ki, rusiyalı turisti güllələyib, çaya atıblar.Onlara qarşı Gürcüstan Cinayər Məcəlləsinin qətl, qətlə cəhd, qrup şəkilində soyğunçuluq, qanunsuz silah saxlama maddələri ilə cinayət işi başlanıb. Qatilləri 20 ilədək həbs və ya ömürlük həbs cəzaı gözləyir.
Rüstəm Hacıyev
Digər Xəbərlər
24 Oktyabr 2026 18:00
Etiraza qalxan 135 nəfər saxlanıldı - Fransada
24 Oktyabr 2026 17:32
Ukrayna bir milyona film çəkməyi planlaşdırır
24 Oktyabr 2026 17:05
Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti güllələndi
24 Oktyabr 2026 16:55
Kiyevdə partlayışlar olub
24 Oktyabr 2026 16:36
Fransadakı etirazlar turistləri qorxudur - KİV
24 Oktyabr 2026 15:54
Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib
24 Oktyabr 2026 14:21
Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
24 Oktyabr 2026 14:16


Bakı -°C

