Gürcüstandan Azərbaycana gələn maşında xeyli dərman aşkarlanıb

Tovuzda xeyli miqdarda dərman preparatı aşkar edilib.
Bu barədə Adalet.az-a Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Məlumata görə, Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında gömrük nəzarətindən gizlədilmiş 3920 ədəd “Trittico” adlı dərman preparatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər

Zərərçəkmiş şəxs: Talış kəndi istiqamətində yenicə basdırılmış 59 mina zərərsizləşdirdik - YENİLƏNİB

"Erməni silahlı dəstələrinin hücumu zamanı 14 hərbçi yoldaşım şəhid oldu" - Zərərçəkmiş şəxs

Sumqayıtda qadın ərini bıçaqladı - YENİLƏNİB
