Sumqayıtda qadın ərini bıçaqladı - YENİLƏNİB
Sumqayıtda ərini bıçaqlayan qadın polis əməkdaşları tərəfindən saxlanılıb.
Adalet.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, ərini bıçaqlamaqda şübhəli bilinən 1987-ci il təvəllüdlü Rəmziyyə İmanova şübhəli şəxs qismində tutulub.
Sumqayıt Tibb Mərkəzindən isə “Report”un yerli bürosuna bildirilib ki, 1988-ci il təvəllüdlü şəxs (kişi) aprelin 28-də saat 10:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Döş qəfəsinin orta səthinin boşluğa keçməyən kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardım göstərilib.
Qeyd edək ki, 1987-ci il təvəllüdlü Rəmziyyə Becan qızı İmanova ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Vüsal Kərimbala oğlu İmanova bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
09:19
Sumqayıtda 38 yaşlı qadın ərini bıçaqlayıb.
Adalet.az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
1987-ci il təvəllüdlü Rəmziyyə Becan qızı İmanova ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Vüsal Kərimbala oğlu İmanova bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
22 Sentyabr 2026 11:45
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
22 Sentyabr 2026 09:36
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
21 Sentyabr 2026 11:42
Yasamalda 70 yaşlı qadın dələduzluq etdi
16 Sentyabr 2026 10:49


Bakı -°C

