Hacı Əliyevin iranlı güləşçi ilə görüşündə İNSİDENT
Azərbaycan sərbəst güləşçisi Hacı Əliyevin Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında keçirdiyi ilk görüşündə insident baş verib.
Adalet.az Report-a istinadən xəbər verir ki, buna 3 qat dünya və 3 qat Avropa çempionunun iranlı Murteza Hassan Ali ilə 1/4 final qarşılaşmasında hakim ədalətsizliyi ilə üzləşməsi səbəb olub.
Qarşılaşmanın baş hakimi iki epizodda Əliyevin tətbiq etdiyi fəndləri hesaba almayıb. Üstəlik, iki güləşçi arasında gərginlik yaşanıb. İdmançı və yığmanın məşqçisi Zəlimxan Hüseynovun etirazlarına baxmayaraq, qərar dəyişməyib.
Haqsızlıqlara rəğmən, titullu pəhləvan hesabda dönüş edə bilib. Nəticədə o, 7:4 hesabı ilə önə çıxıb. Bu dəfə İran tərəfinin etirazı səmərə verməyib və aktivinə daha bir xal əlavə edən Əliyev 8:4 hesablı üstünlüklə qarşılaşmanın qalibi olub. Beləliklə, o, yarımfinala vəsiqə əldə edib.
Digər Xəbərlər
28 Sentyabr 2026 19:50
"Sumqayıt" amerikalı basketbolçunu heyətinə qatdı
28 Sentyabr 2026 18:28
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
28 Sentyabr 2026 17:58
“Parma” baş məşqçisi ilə yollarını ayırdı
28 Sentyabr 2026 09:48
Holand İbrahimoviçi və Ronaldonu geridə qoydu
28 Sentyabr 2026 09:11
Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək
27 Sentyabr 2026 19:15
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib
27 Sentyabr 2026 16:48
Azərbaycan - Litva qarşılaşması üçün start heyətlər açıqlandı
27 Sentyabr 2026 14:16


Bakı -°C

