Hadrutun işğaldan azad olunmasından 5 İL ÖTÜR

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür.
Adalet.az xatırladır ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib.
Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərində cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə - Hadruta yönəlib. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyatlardan biri olub. Düşmənin Azərbaycan hərbçilərini Şuşaya başqa istiqamətdən gedəcəyini gözlədiyi halda Azərbaycan Ordusu məhz Hadrutu azad edib, sonradan Şuşaya doğru istiqamət alıb. Ona görə də Şuşanın azad olunmasında Hadrut döyüşlərinin çox böyük rolu olub.
Beləliklə, oktyabrın 7-dən etibarən ağır döyüşlər başlayıb və ayın 9-da Azərbaycan Ordusu qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına alıb. Həmin gün Hadrut qəsəbəsi ilə yanaşı, Tərtərin Çaylı, Füzulinin Yuxarı Güzlək, Gorazıllı, Cəbrayılın Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Xocavəndin Sor kəndləri də düşmən işğalından azad olunub.
2021-ci ilin martın 16-da Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırıb və çıxış edib.
Digər Xəbərlər

"Bakı Metropoliteni"nin işçilərinin maaşı verilmir? - Rəsmi açıqlama

"Süni intellektin cinayət məqsədləri üçün istifadəsinə maraq artır" - DTX-nin rəisi

Bu gün daha 14 itkin-şəhidin adları açıqlanacaq

“Hadrutun azad olunması hücum coğrafiyamızı genişləndirdi”

Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqundan paylaşım edib

QMİ sədri Vaşinqtonda ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının üzvləri ilə görüşüb

PA nümayəndəsi Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri ilə görüşüb
