Hakan Fidan Azərbaycanı "Zəfər Günü" münasibətilə təbrik etdi
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.
Adalet.az xəbər verir ki, bu barədə nazir "X" sosial media hesabında paylaşım edib.
"Qardaş Azərbaycanın 8 Noyabr - Zəfər Gününü ən səmimi duyğularımla təbrik edirəm. Qarabağlıların öz torpaqlarına qovuşmasını təmin edən o tarixi mübarizənin qəhrəmanlarını dərin ehtiramla yad edir, Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimizə rəhmət, qazilərimizi isə minnətdarlıqla anıram", - paylaşımda qeyd olunub.
H.Fidan "Qarabağ Azərbaycandır!" həqiqətinin xalqların yaddaşında və bölgənin gələcəyində əbədi yaşayacağına inamını ifadə edib:
"Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə Bakıda olmaqdan, qardaşlığımızı bir daha dərindən hiss etməkdən və Azərbaycan xalqının qüruruna şərik olmaqdan böyük şərəf duyuruq".
Digər Xəbərlər
10 Dekabr 2025 19:42
Bakıda Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri keçirildi
10 Dekabr 2025 19:32
Konqresə Azərbaycanla bağlı qanun layihəsi təqdim olundu
10 Dekabr 2025 19:00
Ceyhun Bayramov Macarıstana getdi
10 Dekabr 2025 18:52
İlham Əliyev Donald Trampa TƏŞƏKKÜR ETDİ
10 Dekabr 2025 18:46
Hikmət Hacıyev Qaluzinlə görüşdü
10 Dekabr 2025 17:30
Əmirbəyov Brüsseldə Aİ-Ermənistan arasında sənədlə bağlı Azərbaycanın narahatlığını çatdırıb
10 Dekabr 2025 16:28
Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI
10 Dekabr 2025 15:19


Bakı -°C

