adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
08 Iyun 2023 10:50
262
DÜNYA

Hakan Fidanın Blinkenlə telefon danışığı oldu

Türkiyənini yeni xarici işlər naziri Hakan Fidanın ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı olub.

Adalet.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Məlumata görə, Blinken Fidanı yeni vəzifəsi münasibətilə təbrik edib.

Görüşdə İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, F-16-ların alınması və modernləşdirilməsi, Ukrayna taxıl sazişi də müzakirə edilib.

Tərəflər iki ölkə arasında ümumi gündəlik məsələləri müzakirə etmək üçün mümkün qədər tez bir zamanda yenidən görüşməyə hazır olduqlarını vurğulayıblar.