Hava xəbərdarlıqları yeni mexanizmlə təqdim olunacaq
Azərbaycanda hava xəbərdarlıqları yeni mexanizmlə təqdim olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, gündəlik hava xəbərdarlıqları zamanı gözlənilən təhlükəli hidrometeoroloji hadisələr “Rəng xəbərdarlıq sistemi” şkalası ilə əhaliyə daha anlaşılan formada çatdırılacaq.
Yeni mexanizmə əsasən, 3 rəng - sarı, narıncı və qırmızı rəng şkalası tətbiq ediləcək.
Hava xəbərdarlığının sarı rəng şkalasında təqdim olunması bəzi ərazilərdə meteoroloji risklərin ola biləcəyini proqnozlaşdırıldığı deməkdir. Belə ki, sarı xəbərdarlıqlarda kiçik xəsarətlər üçün bəzi potensial təhlükələr qeyd olunacaq.
Narıncı rəng xəbərdarlığı isə ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka yüksək risk olduğunun göstəricisidir. Bu rənglə edilən xəbərdarlıqlara və tövsiyələrə mütləq əməl etmək vacibdir.
Hava xəbərdarlığı qırmızı rənglə edilirsə, bu ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka çox yüksək, yəni ekstrimal risk olduğunun göstəricisidir. Bu rənglə xəbərdarlıqlar şiddətli fırtına və tufan, qasırğa halları zamanı istifadə ediləcək.
Digər Xəbərlər
07 Aprel 2026 17:10
Küləklə bağlı xəbərdarlıq
07 Aprel 2026 16:54
Bakıda təmir işləri 10 dəfəyə yaxın artıb
07 Aprel 2026 12:19
Zəngilan şəhərinin I yaşayış mərhələsində işlər bitib
07 Aprel 2026 11:22
“Dinlər insanları birləşdirmək, saflaşdırmaq, mənəviyyatını zənginləşdirmək üçündür”
06 Aprel 2026 17:40
İşsiz qadınların nəzərinə - Qeydiyyat başladı
06 Aprel 2026 17:12
Azərbaycandan gilas tinglərinin Özbəkistana ixracına icazə verilib
06 Aprel 2026 13:54
Heydərov bu dəfə sürüşmə təhlükəsi olan ərazidə - VİDEO
06 Aprel 2026 11:20


Bakı -°C

