Havada tozun miqdarı normadan artıqdır
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Adalet.az xəbər verir ki, bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva məlumat verib.
Onun sözlərinə görə, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır:
"Havada müşahidə olunan toz meteoroloji vəziyyətlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb istiqamətli küləklərin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır. Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir".
Digər Xəbərlər
01 May 2024 09:46
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48