29 Sentyabr 2023 15:41
664
GÜNDƏM

Həbs edildiyi deyilən Əsgəranlı general: Şuşanın 1 illik "icra başçısı"

Qarabağdakı qondarma rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Arşavir Qaramyan Azərbaycan xüsusi xidmət orqanları tərəfindən saxlanıldığı deyilir.

Qaramyan vaxtı ilə azərbaycanlılara dəhşətin pik nöqtəsini yaşadıb. Beləki, Arşavir Qaramyan Azərbaycan torpaqlarının işğal edilməsinin və 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın iştirakçısı və təşkilatçılarından biri olub.
Qaramyan Arşavir Surenoviç 22 iyul 1965-ci ildə Qarabağın Əsgəran rayonunda  Qarabulaq (Aknaxbyur) kəndində doğulub. Ermənistan dövlət xadimi və  general-leytenantdır. İrəvan Dövlət Universitetinin Radiofizika və Elektronika fakültəsini bitirdikdən sonra SSRİ Dəniz Qüvvələrində xidmət edib.1989-1991 Aknağbyur kollektiv təsərrüfatında baş iqtisadçı işləyib.

O, Ermənistan tərəfindən 1991-1994-cü illərdə Azərbaycanın Xocavənd, Şuşa, Laçın, Əsgəran, Ağdərə, Ağdam, Kəlbəcər və Fizuli rayonlarının işğalında iştirak edib. 1992-ci ildə Yanvar-sentyabr aylarında rota komandiri, 1992-1996-cı illərdə Müdafiə Ordusunun Əsgəran Müdafiə Rayonunun 35-ci Motoatıcı Batalyonunun komandiri olub . 1996-1997-ci illərdə Şuşi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib .

1996-1997-ci illərdə Şuşada rayon administrasiyasına başçılıq edib, hərbi bölmə komandiri olub. 2007-2013-cü illərdə “Polis rəisi”, 2007-2013-cü illərdə “baş prokuror” postunu tutub. 2014-cü il oktyabrın 29-da qondarma Dağlıq Qarabağ rejiminin “Milli Təhlükəsizlik Xidmətinin” direktoru təyin edilib. 2018-ci ilin iyunun 7-də Xankəndidə keçirilən etiraz aksiyalarından sonra general-leytenant Arşavir Qaramyan “təhlükəsizlik xidməti rəisi” vəzifəsindən azad edilib. Həmin ilin 15 iyununda Bako Saakyanın xüsusi məsələlər üzrə müşaviri təyin olunmuşdu.

 

 

Məlumatlara görə, Arşavir Qaramyanın oğlu Vardan Qaramyan müxtəlif vaxtlarda Azərbaycan ordusuna qarşı həm snayper, həm də dron pilotu kimi fəaliyyət göstərib.

 Qatil generalın həbsi ilə bağlı dəqiq məlumat - foto fakt hələki yoxdur!

 Əntiqə Rəşid