adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Oktyabr 2021 10:15
1119
HÜQUQ

Həbsdə olan jurnalistin istintaqı yekunlaşmaq üzrədir

Həbsdə olan jurnalist, "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərovun (Xəttab) barəsində olan cinayət işi üzrə istintaq yekunlaşmaq üzrədir.

Adalet.az xəbər verir ki, bu barədə Trend-ə jurnalistin vəkili Araz Nurməmmədov bildirib.

Vəkil qeyd edib ki, müvəkkili Mahir Ələkbərovla Bakı İstintaq Təcridxanasında görüşüb: "Mahir Ələkbərovla görüş zamanı sağlamlığında heç bir problem olmadığını və saxlanma şəraitindən razılığını bildirdi".

Xatırladaq ki, Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. O Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 min manat almaqda təqsirləndirilir.

M.Ələkbərov Cinayət Məcəlləsinin 182.1-ci (hədə qorxu ilə tələb etmək) maddəsi ilə ittiham edilir.