"Hələ heç nə bitməyib" - Qurban Qurbanov
“Fərqli və təcrübəli komandaya qarşı oynadıq”.
Adalet.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda Bolqarıstanın “Ludaqorets” klubuna məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, rəqibin aqressiv futbol sərgilədiyini bildirib: “Ludaqorets”in oyunçuları fərdi olaraq yüksək səviyyədədirlər. Üstün tərəfləri olan əks-hücumdan ikinci qolu vurdular. Mən bu komandanı ciddi qəbul edirəm. Biz də çalışdıq. Futbolçularım əllərindən gələni etdilər. Hələ heç nə bitməyib. İnanıram ki, səfərdə istənilən nəticəni qazana biləcəyik. Ruhdan düşmürük”.
Mütəxəssis hakimlərin idarəçiliyindən narazı qaldığını bildirib: “Epizodlara təkrar baxdıq. Təəssüf ki, bəzi epizodlarda düzgün qərarlar verilmədi”.
Q.Qurbanov qapıçı transfer etmək istədiklərini də deyib.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də səfərdə keçiriləcək.
Digər Xəbərlər
20 Mart 2026 23:58
"Neftçi" "İmişli"ni darmadağın etdi
20 Mart 2026 19:42
Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi
20 Mart 2026 09:47
Konfrans Liqası: “Samsunspor” minimal hesabla qələbə qazandı
19 Mart 2026 09:47
Çempionlar Liqasında 1/4 finalçılar bəlli oldu
18 Mart 2026 15:38
“Liverpul”un futbolçusu “Qalatasaray”la oyunu buraxa bilər
18 Mart 2026 11:00
Çempionlar Liqası: "Qalatasaray" "Liverpul" səfərində
18 Mart 2026 09:49
Futbolda tarixi qərar - Kuboku Seneqaldan alıb Mərakeşə verdilər
18 Mart 2026 09:26


Bakı -°C

