“HƏMAS bütün girovları azad edənə qədər dayanmayacağıq” - Bayden

"Birləşmiş Ştatlar HƏMAS-ın əlindəki bütün girovları azad etmək üçün səylərini davam etdirəcək".
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.
“HƏMAS terrorçuları tərəfindən saxlanılan bütün girovlar azad edilənə qədər biz dayanmayacağıq”, deyə bildirib.
Bayden izah edib ki, o, İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının nəticə verməsi səylərində şəxsən iştirak edir. Bununla bağlı o vurğulayıb ki, artıq 50-dən çox insan HƏMAS-ın girovluğundan azad edilib.
Digər Xəbərlər

"Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq" - Paşinyan

Melaniya Ağ Evə gəlmir, onun da işlərini Tramp görür

Pakistanın daimi nümayəndəsi: Hindistanın hərəkətlərini müharibə kimi qiymətləndiririk
