HƏMAS-ın İsrailə atdığı raketlərin SAYI AÇIQLANDI

"HƏMAS oktyabrın 7-dən İsrailə 11,5 mindən çox raket atıb, onlardan 2 mini Fələstin anklavının ərazisinə düşüb".
Adalet.az TASS-a istinadla xəbər verir ki, bunu keçirdiyi brifinqdə İsrail hökumətinin sözçüsü Eylon Levi bildirib.
Onun sözlərinə görə, 2 mindən çox buraxılış uğursuz olub: "Bu mərmilərin əksəriyyəti Qəzza zolağına düşüb və əhəmiyyətli dağıntılara səbəb olub".
Eylon Levi bildirib ki, Qəzza zolağında hərbi əməliyyatlar başlayandan bəri İsrail Müdafiə Ordusunun qoşunları HƏMAS komandirlərinin azı yarısını öldürüb: "Qoşunlarımız aviasiyanın dəstəyi ilə Qəzza zolağı daxilində irəliləməyə davam edir. HƏMAS-ın hərbi imkanları əhəmiyyətli dərəcədə azalıb".
Digər Xəbərlər

Nazir: Türkiyə bu il Türk dövlətlərindən 1 milyondan çox turist qəbul edib

Kəskin istilər nəticəsində 2300 nəfərə öldü - Avropada...

"Almaniya tezliklə nüvə silahı əldə edə bilər" - Qrossi

“Gözlənilən tarixi müjdəni verəcəyik” - Ərdoğan

Fransa müxalifət partiyasının qərargahında axtarışlar aparılıb

Zaxarova: Saxlanılanlarla bağlı Bakı ilə təmasdayıq

Fidan: Türkiyə Cənubi Asiyada sülh və sabitliyin tərəfdarıdır
