Həmin erməni bir il əvvəl müsahibə veribmiş... - VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün Xankəndi şəhərinin erməniəsilli sakini, 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç şəhərdə keçirilən tədbir yerində silahlı təxribat etmək istəyərkən saxlanılıb.
Adalet.az xəbər verir ki, adıçəkilən şəxsin 2024-cü il martın 22-də Baku TV-yə müsahibə verdiyi məlum olub.
Belə ki, müsahibə zamanı özünü azərbaycanlı olaraq təqdim edən Albertoviç bu torpaqlardan getmək istəmədiyini də vurğulayıb.
“16 yaşımda Azərbaycan vətəndaşı oldum. Mən Ermənistan vətəndaşı deyiləm. 30 il əvvəl banda bura gəldi. Çox insanlar qaçqın oldu. Mən Azərbaycan tarixini yaxşı bilirəm. Çünki azərbaycanlıyam”, – deyə o bildirmişdi.
Qeyd edək ki, Katen Avanesyan qabaqcadan gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman K.Avanesyan polisə silahlı müqavimət göstərib.Cavab atəşi nəticəsində güllə yarası alan K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır. K. Avanesyan hazırda həkim nəzarətindədir.
Digər Xəbərlər
15 Iyul 2026 16:19
14 il şiddət görən qadının əri saxlanıldı
13 Iyul 2026 13:18
Binəqədidə civə satmaq istəyənlər saxlanıldı - VİDEO
11 Iyul 2026 12:10
Fatimənin qatili hava limanında SAXLANILDI - VİDEO
11 Iyul 2026 09:42
Azərbaycanlını aldadıb 1,5 milyonluq qızılını əlindən aldılar
09 Iyul 2026 20:00
Bakıda kişi arvadını azyaşlı övladının gözü qarşısında güllələdi - YENİLƏNİB
09 Iyul 2026 12:25
Bakıda əməliyyat - Saxlanılanlar var - VİDEO
08 Iyul 2026 17:48
Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi - VİDEO
08 Iyul 2026 13:48


Bakı -°C

