14 Oktyabr 2022 13:21
756
ELM VƏ TƏHSİL

Həmin vəsaitlər şagirdlərin biliyini yoxlamaqla yanaşı, onlarda özünəinam formalaşdırır

Riyaziyyat bütün elmələrin açarıdır, deyirlər. Məlum məslədir ki, XXI əsr texnologiyanın sürətlə inkişaf etdiyi bir əsrdir. Riyaziyyat elmi isə bütün müasir texnologiyaların və elmi tədqiqatların əsasını təşkil edir, biliklərə əsaslanan iqtisadiyyatın zəruri bir hissəsidir. Müasir informasiya və kommunikasiya texnologiyalarının (İKT) yaradılması ilk növbədə riyazi fəaliyyətə əsaslanır. Riyaziyyat, XXI əsrdə dünya elminin inkişafında vacib bir element, innovativ və texnoloji potensialın əsasına çevrilib. Elmin müasir inkişafı hər cür mürəkkəb prosesləri və hadisələri-fiziki, kimyəvi, bioloji, iqtisadi, sosial və digərlərini öyrənmə ehtiyacı ilə xarakterizə olunur. Riyaziyyatın gündəlik həyatda getdikcə artan tətbiqi riyaziyyatçıların fəaliyyət sahəsini də genişləndirib. Ölkəmizdə də riyaziyyatın tətbiqi sahəsində yeni tədris sahələrinin genişlənməsi müşahidə edilməkdədir. Yeni Günəşli d massivi 290 nömrəli tam orta məktəbin yanında yerləşən “Riyaziyyat evi”tədris mərkəzi də belə nüminəvi təhsil müəssisələrindən biridir. Müsahibimiz Mərkəzin direktoru, 5-6 siniflər üçün iki test kitabının müəllifi, Çiçək Zahid qızıdır. Qeyd edək ki, növbəti kitabı da hazırda dərcə hazırlanır. Çiçək xanım bir sıra kurslarda iştirak edərək yüksək nəticələr əldə edib, setifikatlara layiq görülüb. Hazırlaşdırdığı abuturientlər ən yuxarı nəticələr əldə edərək mötəbər və tanınmış orta ixtisas, lisey və ali məktəblərə qəbul olunublar.

-Rəhbərlik etdiyiniz Mərkəzin fəaliyyəti haqda nə deyə bilərsiz?

-Öncə onu qeyd edim ki, bizim tədris mərkəzində azərbaycan bölməsi isə yanaşı, rus bölməsi də fəaliyyət göstərir. Rus bölməsinin şagirdləri də 1-ci sinfə hazırlıqdan başlayaraq uğurlu nəticələr əldə edirlər. Hazırda məzunlarımız Pişəvəri, Səttar Bəhlulzadə adına ingilis dili təmaüllü lisey, kimya-bialogiya təmaüllü lisey, Cümşüd Naxçıvanski adına hərbi liseylərdə, Bakı Dövlət Universitetində, İdman Akademiyasında, Azərbaycan Sənaye Universitetində təhsillərini davam etdirirlər. Bizim təhsil mərkəzində Azərbaycan bölməsində fizika, kimya, biologiya, azərbaycan dili, tarix, riyaziyyat, informatika, ingilis dili, rus dili tədris olunur. Bu fənlərin hamısı rus bölməsində də keçirilir. Həmçinin loqaped, psixoloq, onurğa əyriliklərinin masajlarş, tibb bacısı kursu da fəaliyyət göstərir. Bu kursu bitirən məzunlar imtahan verərək yüksək bal toplayıb buraxılış imtahanından uğurla keçərək işlə təmin olunurlar. Biz savad və qabiliyyəti ilə fərqlənən, yüksək nəticə əldə edən tələbələri kursumuzda da işlə təmin edirik. Onlardan bəziləri hazırda bir neçə tibb müəssisəsində çalışırlar.

- Sizin mərkəz başqa fənlərdən bilik versə də, əsas istiqamət riyaziyyat elminədir. Bu seçim hansı səbəbdən qaynaqlanır?

-Riyaziyyat fundamental bir elmdir, onun metodları fizika, kimya, biologiya, geologiya, mühəndislik, astronomiya, logistika, təhlükəsizlik, informasiya texnikası və s. kimi bir çox təbiət elmlərində geniş istifadə olunur. İ. Nyutona görə, riyaziyyatın elə bir budağı yoxdur ki, nə qədər mücərrəd olursa-olsun, yaşadığımız dünyada istifadə sahəsi olmasın. Həmçinin, riyazi üsulların tətbiqi bir çox bilik sahələrini modelləşdirməyə və bu modelləri riyazi üsullarla araşdırmağa imkan yaradır. Riyazi üsulların tətbiqi sayəsində hadisələri qiymətləndirmək, proqnozlar vermək, baş verən proseslər haqqında daha anlaşılan və daha dəqiq nəticələr əldə etmək mümkündür.

-Bu gün təhsilimizin səviyyəsi arzuolunan səviyyədə deyil. Sizcə bu səviyyəni yüksəltmək üçün hansı üsullardan yararlanmaq lazımdır?

-Azərbaycan təhsilinin Avropa təhsil sisteminə inteqrasiyası müasir təlim texnologiyalarından, fəal və interaktiv təlim metodlarından istifadə edilməsini zəruri edib. Bunun üçün dünyanın şəxsiyyətyönümlü təhsil sferasına daxil olaraq, müasir tələblərə uyğun interaktiv məzmun, ən yeni təlim strategiyaları işlənib hazırlanmalıdir. Riyaziyyatın tədrisində də müasir təlim texnologiyalarının geniş tətbiqinə başlanılmalıdır. Bizim Mərkəzdə əsasən yaradıcı müəllimlər fəaliyyət göstərir. Onlar dərslərini fəal idrak, inkişafetdiricilik, əməkdaşlıq, dialoji təlim prinsipləri əsasında qurmaqla, İKT-dən səmərəli istifadə etməklə, axtarış sistemləri, internet resursları, onlayn dərslik və digər vəsaitlərdən səriştə və peşəkarlıqla istifadə etməklə müasir tələblərlə ayaqlaşmağa çalışırlar. Tələbələrin bir şəxsiyyət kimi formalaşmasında müəllim peşəkarlığının xüsusi rolu vardır. Müəllimin əsas vəzifəsi tələbələrə zəruri bilik verməklə yanaşı, həm də onların mənəviyyatını inkişaf etdirmək, fəal düşüncələrə malik tərbiyəli, təhsilli, yaradıcı şəxsiyyət kimi hazırlamaqdır. Aydın məsələdir ki, tədris prosesində fəal təlim metodlarının tətbiq edilməsi öyrəncilərin passivliyinin aradan qaldırılmasını, təfəkkürünün inkişafını, təlimin keyfiyyətinin yükəsəldilməsini təmin edir. Buna görə bizim müəllimlər dərsin səmərəli keçməsi üçün daima yeni forma və metodlar axtarır, öz üzərlərində çalışırlar.

-Müasir müəllimin əsas müvqeyi necədir?

-Müəllim hazırda ənənvi təhsildən fərqli olaraq daha çox istiqamətverici mövqeyindədir. O, problemli vəziyyətləri planlı və istiqamətlənmiş surətdə təşkil edir, tələbələr qarşısında tədqiqat məsələlərinin meydana çıxmasına şərait yaradır və onların həllinə metodiki kömək göstərir. Riyaziyyat dərslərində İKT-dən istifadə motivasiyanı artırır, vaxta qənaət edilir, bilik və bacarıqların hərtərəfli mənimsənilməsi fəallaşdırılır.

Szin məktəb şagirdləri üçün yazdiğiniz 3-cü kitabın çapa hazırlandığını eşitdik. Bu istiqamətdə fəaliyyətiniz barərə nə deyərdiniz?

-Bu kitabları hazırlayarkən əsas məqsədim məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələndirməkdir. Əsasən şagirdlərin yaş psixologiyası və fizioloji xüsusiyyətlərini nəzərə almağa çalışıram. Test kitabları şagirdlərin biliyini yoxlamaqla yanaşı, onlarda özünəinam formalaşdırır.

Maraqlı söhbət üçün təşəkkür edirəm.

Hüsniyyə Əlizadə