Hərbçilərin ehtiyata buraxılması ilə bağlı yeni qayda müəyyənləşir
Azərbaycanda dövlət hesabına təhsil alan hərbçilərin ehtiyata buraxılması ilə bağlı yeni qayda müəyyənləşir.
Adalet.az xəbər verir ki, bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik layihəsində əksini tapıb.
Belə ki, mdövlət vəsaiti hesabına Azərbaycanda və xarici ölkələrdə ali təhsil almış və Azərbaycan Silahlı Qüvvələri üçün hazırlanmış zabitlərin əldə etdikləri peşəsi və bilikləri ilə Silahlı Qüvvələrə töhfə verməsinin və təcrübələrinin gənc zabitlərlə bölüşməsinin təmin edilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişikliklərin edilməsi təklif olunur.
Dəyişikliklə zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrində təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti bir ildən çox olduqda öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməyəcək./Report
Digər Xəbərlər
12 Mart 2026 19:14
Ramazanın 23-cü günü: Dua, imsak və iftar vaxtı...
12 Mart 2026 17:15
Baş nazirdən hərbi qeydiyyatla bağlı QƏRAR
12 Mart 2026 16:04
Həcc ziyarətinə qeydiyyat nə vaxtadək davam edəcək?
12 Mart 2026 14:02
"Daxili Qoşunların hərbçiləri tapşırıqları layiqincə yerinə yetiriblər" - Vilayət Eyvazov
12 Mart 2026 13:59
Nazir Vilayət Eyvazov Daxili Qoşunların 34 illiyi ilə bağlı tədbirdə - VİDEO+FOTOLAR
12 Mart 2026 13:28
Dilənçiliklə məşğul olanlar cərimələnəcək
12 Mart 2026 13:19
Bunu edənlər həbs olunacaq - Süni intellekt...
12 Mart 2026 13:04


Bakı -°C

