07 Aprel 2025 11:09
196
HADİSƏ

Hərbçimiz minaya düşərək həlak oldu - YENİLƏNİB

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musazadə ilə Lənkəran rayonunun Göyşaban kəndində keçirilən vida mərasimi başa çatıb.

Adalet.az xəbər verir ki, Ə.Musazadə Göyşaban kənd qəbiristanlığında dəfn olunub.

 

***

Cəbrayılda hərbçinin minaya düşərək həlak olması faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Adalet.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilmiş sursat partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbçi Musayev Əsgər ağır xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Hərbi Prokurorluqda və DSX-də araşdırmalar aparılır.

 

***

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.

Adalet.az xəbər verir ki, mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna gətirilib.

Ə.Musayev Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılacaq.