Hərbi Hava Qüvvələrində döyüş atışlı təlim keçirilib - VİDEO

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə döyüş atışlı təlim keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq helikopter bölmələri bazalanma aerodromlarından uçuşlar edərək, poliqonda şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi, eləcə də aviasiya vasitələrinin terror-diversiya qruplarından mühafizəsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.
Döyüş fəaliyyətlərinin təşkili, o cümlədən qüvvələrin döyüşdə idarə olunması üzrə helikopter ekipajları və desant heyətlərinin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.
Digər Xəbərlər

Daxili işlər orqanları üçün kadr hazırlığı qaydası müəyyənləşib

Polis Akademiyasının Nizamnaməsində dəyişiklik edildi

Naxçıvanda xüsusi iqtisadi rejim tətbiq olunacaq

“Anam bu xəbəri eşidəndən pərişandı...”- Ömürlük həbs edilən əsir Hüseynin qardaşı
jpg-1701863247.jpg)
Ermənilərin "duduk" əfsanəsi bitdi: "İşğal"dan azad olan BALABAN

"Özünüzü dini xadimlərdən asılı vəziyyətə salmayın"- Elşad Miri
jpeg-1701856857.jpeg)
"Buldoq"un dişləri artıq "tülkü"nün qiymətli dərisinə keçib - 12 minlik Vaqner problemi
