Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu

Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.
Adalet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbi hissələrin ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların səhhətinin diqqət mərkəzində saxlanılması üçün effektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə əlverişli imkan yaradır.
Şəxsi heyətin sağlam və yüksək kalorili qidalarla təmin olunması, onlara fərdi gigiyena qaydalarının, gündəlik fəaliyyətlər zamanı kompleks profilaktik tədbirlərin vacibliyinin çatdırılması, eləcə də maarifləndirici söhbətlərin aparılması sayəsində yoluxma hallarının qarşısının alınması təmin edilir.
İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik.
Digər Xəbərlər
24 Oktyabr 2025 18:35 PA-da vətəndaş qəbulunun noyabr CƏDVƏLİ
24 Oktyabr 2025 18:19 DİN-in elan etdiyi təqaüd proqramının qalibləri müəyyənləşdi
24 Oktyabr 2025 17:38 Metrologiya İnstitutunun rəhbərliyinə təyinat oldu
24 Oktyabr 2025 17:26 Prezident SOMDA-ya yeni rəis təyin etdi
24 Oktyabr 2025 17:16 General-mayor İlqar Abbasov vəzifəsindən azad edildi
24 Oktyabr 2025 15:37 Azərsun AQTA yanında Məşvərət Şurasının çağırış kampaniyasına qoşuldu - VİDEO
24 Oktyabr 2025 09:41 Rövşən Rzayev iclas keçirdi - Bəzi məsələlər müzakirə edildi
23 Oktyabr 2025 17:10 

Bakı -°C 






