Hərbi hissənin xidmət rəisinə cinayət işi açıldı - Yaxın adamı həbs edildi
Hərbi Prokurorluğun İstintaq idarəsində hərbi vəzifəli şəxslərin qanunsuz əməllərinə dair cinayət işi başlanaraq, ibtidai istintaq aparılır.
Hərbi Prokurorluqdan Adalet.az-a bildirilib ki, istintaqla Müdafiə Nazirliyinin hərbi qulluqçusu olan Azad Məmmədovun N saylı hərbi hissənin xidmət rəisi vəzifəsində xidmət etdiyi müddətdə mənimsəmə və digər qanunsuz əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, cinayət işi üzrə davam etdirilən istintaq tədbirləri ilə hüquqi şəxsə faktiki rəhbərliyi həyata keçirmiş mülki şəxs Cahangir Hüseynovun müxtəlif hərbi vəzifəli şəxslərlə əlbir olaraq mənimsəmə törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Cahangir Hüseynov və Azad Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, Cahangir Hüseynovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Azad Məmmədovun barəsində isə istintaq orqanının qərarı ilə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri olan bütün tədbirlərin görülməsi, o cümlədən cinayət törətmiş digər şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.
Digər Xəbərlər
16 Aprel 2026 09:55
Məktəb direktoru olan xanım 69 min manat mənimsəyib Türkiyəyə qaçdı - Ölkəyə gətirildi
15 Aprel 2026 11:44
“Məhkəməsiz barışıq: Mediator kimdir və bizə nə qazandırır?”
15 Aprel 2026 11:09
Alimentə görə hansı hallarda mənəvi zərər tutula bilər? - Ali Məhkəmə açıqladı
07 Aprel 2026 11:07
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirildi
06 Aprel 2026 11:46
Kamran Əliyev Nizami rayonunda vətəndaşları qəbul edəcək
31 Mart 2026 13:55
"Daşkəsəndə zorakılıq iddiası üzrə istintaq davam edir" - Baş Prokurorluq
17 Mart 2026 15:39
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq
16 Mart 2026 12:07


Bakı -°C

