Məktəb direktoru olan xanım 69 min manat mənimsəyib Türkiyəyə qaçdı - Ölkəyə gətirildi
«Ekstradisiya haqqında» 13 dekabr 1957-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Hüseynova Sevinc Əlisəfa qızının ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Adalet.az xəbər verir ki, Bakı şəhərinin Suraxanı rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə məktəb direktoru vəzifəsində işləyən Hüseynova Sevinc Əlisəfa qızının qulluq mövqeyindən istifadə etməklə dələduzluq yolu ilə bir neçə şəxsin ümumilikdə 69 min manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu səbəbdən Sevinc Hüseynovanın qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla, təkrar törədilməklə dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sevinc Hüseynova Türkiyənin ərazisində saxlanılıb.
Sevinc Hüseynovanın ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.
Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla, o cümlədən Interpol ilə sıx əməkdaşlığı davam etdirir.
Digər Xəbərlər
15 Iyul 2026 10:22
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya ediləcək
14 Iyul 2026 18:50
Azərbaycan bu şəxsi Türkmənistana təhvil verdi
14 Iyul 2026 18:42
Arayikgilin növbəti apellyasiya məhkəməsi oldu
11 Iyul 2026 10:28
Monteneqrodakı qətl istintaqında Azərbaycan da iştirak etdi
07 Iyul 2026 19:51
Arayikgilin növbəti apellyasiya məhkəməsi oldu - FOTOLAR
06 Iyul 2026 11:39
Kassasiya şikayətlərinin verilmə müddətlərinin optimallaşdırılması tövsiyə edildi
06 Iyul 2026 11:32
Baş Prokurorluqdan Fatimə Kərimovanın qətli ilə bağlı AÇIQLAMA
03 Iyul 2026 09:26


Bakı -°C

