adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Noyabr 2022 18:09
496
HÜQUQ

Hərbi prokurorluqda BQXK-nin yeni nümayəndəsi ilə görüş keçirildi

Respublika Hərbi Prokurorluğunda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin yeni təyin olunmuş başçısı Draqana Koiclə görüş keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsi dövründə itkin düşmüş şəxslərlə bağlı görülmüş işlər müzakirə olunub. Görüşdə Respublikanın Hərbi prokuroru Xanlar Vəliyev bildirib ki, Azərbaycanla BQXK arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə və uğurla inkişaf etdiyini vurğulayıb. Qarabağ münaqişəsi zamanı əsir və itkin düşmüş, saxlanılan şəxslərin və meyitlərin qaytarılması prosesində komitə tərəfindən zəruri köməyin göstərilməsinə görə təşəkkürünü bildirib. X.Vəliyev, həmçinin ermənilərin ərazilərimizdə basdırdıqları minalardan, onun bu günə qədər davam edən acı fəsadlarından bəhs edərək qonaqların diqqətini bu məsələyə də cəlb edib.

Komitənin Azərbaycandakı Nümayəndəliyinin başçısı Draqana Koic göstərilən səmimi münasibətə görə minnətdarlığını ifadə edərək, qarşılıqlı işgüzar əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əmin olduğunu bildirib.