Hərbi vəzifəlilərin təlim toplanışı başa çatdı - VİDEO
Cari ilin hazırlıq planına uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışı başa çatıb.
Adalet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Toplanışın başa çatması münasibətilə keçirilən bağlanış mərasimində əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbirdə çıxış edənlər bildiriblər ki, təlim toplanışı zamanı hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, eləcə də bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə onlarla müxtəlif ixtisaslar üzrə nəzəri və praktiki məşğələlər keçirilib. Plana əsasən, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəliyə ordumuzun arsenalında olan müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, həmçinin düzgün istifadə qaydaları və döyüş tətbiqi üsulları öyrədilib. Həmçinin onlarla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.
Təlim toplanışında qarşıya qoyulmuş məqsədlərə nail olunduğu xüsusi qeyd edilib.
Sonda təlim toplanışında fərqlənən bir qrup hərbi vəzifəli təltif olunub.
Digər Xəbərlər
17 Mart 2026 11:10
DYP əhaliyə müraciət etdi
17 Mart 2026 10:45
“Bu ixtisarların nazirliklərdə də aparılması çox vacibdir”
17 Mart 2026 10:32
Məsafədən bank əməliyyatlarında yeni era: SİMA vahid rəqəmsal həll kimi
16 Mart 2026 18:00
Hikmət Hacıyevdən Azıx mağarası ilə bağlı PAYLAŞIM
16 Mart 2026 17:54
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTOLAR+VİDEO
16 Mart 2026 17:24
Samir Nuriyev Xocavəndin Quzeyxırman kəndindəki işlərlə tanış oldu - FOTOLAR
16 Mart 2026 17:07
ETX adından istifadə edən tədris mərkəzlərinə inanmayın!
16 Mart 2026 16:58


Bakı -°C

