Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO

Müdafiə Nazirliyinin cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı davam edir.
Adalet.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təsdiq olunmuş tədris proqramına və günün nizam qaydalarına müvafiq olaraq, toplanışa cəlb edilmiş heyətlə sıra və fiziki hazırlıq üzrə məşğələlər keçirilir.
Plana əsasən, ehtiyatdan çağırılmış hərbçilərlə milli mənəvi dəyərlərimizə bağlılığa və onların qorunmasına dair maarifləndirici söhbətlər aparılır, müxtəlif mövzularda dərslər keçirilir.
Toplanış müddətində, həmçinin hərbi vəzifəlilərə Azərbaycan Ordusunun arsenalında olan müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətləri, istismar qaydaları, həmçinin effektiv döyüş tətbiqi üsulları öyrədilir.
Keçirilən toplanışın əsas məqsədi ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də onlara yeni hərbi biliklərin aşılanmasıdır.
Digər Xəbərlər

Ramazanın 11-ci günü: Dua, imsak və iftar vaxtı...

Jurnalistlər İnam Kərimova müraciət etdilər

Nazir Vilayət Eyvazov şimali makedoniyalı həmkarı ilə görüşdü - FOTOLAR

İspaniyalı deputatın “Qərbi Azərbaycan”sancısı: "Artsax "ağlaşması

Mənzil Məcəlləsinə sosial kirayə ilə bağlı əlavə təsdiqləndi

Azərbaycanda itkin düşmüş şəxslərlə bağlı qiymətləndirmə hesabatı təqdim edildi

Azad olunan ərazilərdə daha 138 mina aşkarlandı
