Hərbi vəzifəlilərin təlim toplanışı - VİDEO

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı praktiki məşğələlərlə davam edir.
Adalet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, toplanış günlərində günün nizam qaydalarına uyğun olaraq, hərbi vəzifəlilərlə nizam-intizam qaydalarını möhkəmləndirmək məqsədilə sıra hazırlığı və ictimai-siyasi hazırlıq məşğələləri keçirilib.
Toplanışın növbəti günündə təlim iştirakçılarının döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə onlara atıcı silahların və qumbaraatanların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları öyrədilib və məşq etdirilib. Daha sonra təlimə cəlb olunan şəxsi heyət atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmalarını icra ediblər.
Digər Xəbərlər

DİN hava şəraiti ilə bağlı xəbərdarlıq edir - FOTOLAR

"Görünməyənlər qabağa keçsinlər" - Prezidentin fabrik işçiləri ilə səmimi söhbəti - VİDEO

Avtobuslara tətbiq edilən saat məhdudiyyəti aradan qaldırıldı

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sədri işdən çıxarıldı

37 illik qanlı tarix: Qarabağın ilk şəhidləri, Əli və Bəxtiyar....

Ali xüsusi rütbə verilən Emil Qarayev kimdir? - DOSYE

Prezident Emil Qarayevə ali xüsusi rütbə verdi
