Hərbi vəzifəlilərlə praktiki məşğələlər keçirilir - VİDEO
Müdafiə Nazirliyinin 2025-ci il üçün hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.
Müdafiə Nazirliyindən Adalet.az-a bildirilib ki, proqrama uyğun olaraq, Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrindən birində toplanışa qatılmış heyətlə praktiki məşğələlər keçirilib.
İştirakçılara bölmələrimizin silahlamasında olan atıcı silahların natamam sökülüb-yığılması və istifadə qaydaları üzrə məşqlər təşkil olunub.
Növbəti mərhələdə hərbi vəzifəlilər atıcı silahlardan praktiki atışlar icra ediblər.
Təlim toplanışı zamanı, həmçinin ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilib, yaralıların ərazidən təxliyə edilməsi üsulları məşq etdirilib.
Azərbaycan Ordusunun silahlanmasında olan müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətlərinin, istifadə qaydalarının öyrədilməsi məqsədilə keçirilən toplanışda ehtiyatdan çağırılan hərbi vəzifəlilərin praktiki vərdişləri təkmilləşdirilir, bilik və bacarıqları inkişaf etdirilir, eləcə də yeni hərbi biliklər tədris edilir.
Digər Xəbərlər
15 Yanvar 2026 19:20
DTX və XKX-nin bəzi hərbi vəzifəliləri xüsusi uçota alınacaqlar
15 Yanvar 2026 15:21
Hava şəraiti bu tarixdən dəyişəcək - XƏBƏRDARLIQ
15 Yanvar 2026 13:46
BİZƏ YAZIRLAR
15 Yanvar 2026 13:32
GUYA SİZİ SAYAN VAR Kİ?!
15 Yanvar 2026 13:01
"Qaçqınkom" keçmiş məcburi köçkünün iddialarına aydınlıq gətirdi
15 Yanvar 2026 11:53
Bakının icra hakimiyyətlərində yeni sektorlar yaradıldı
15 Yanvar 2026 10:47
"Qlobal geosiyasətdə risklər kəskinləşəndə neftə tələbat artmır"
15 Yanvar 2026 09:57


Bakı -°C

