adalet.az header logo
  • Bakı -°C
29 Iyun 2026 18:00
88
DÜNYA
A- A+

Həyat yoldaşı Makronu yenidən vurub? 

Fransa Prezidenti Emmanuel Makron Oman Sultanı Heysəm bin Tariq Əl Səidlə keçirdiyi rəsmi görüş zamanı günəş eynəyi taxması ilə diqqət çəkib.

Adalet.az  xəbər verir ki, Makron eynəyi təkcə qarşılanma mərasimində deyil, həm də qapalı məkanda keçirilən danışıqlar və sənədlərin imzalanması mərasimində də çıxarmayıb.

Hadisə Fransa siyasətində müzakirələrə səbəb olub. Sağ yönümlü "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippot sosial şəbəkədə paylaşım edərək Makronun bu görünüşünü şərh edib.

O, istehzalı şəkildə bunun Prezidentin həyat yoldaşı Bricit Makronun ona vurduğu növbəti "şillə"nin nəticəsi ola biləcəyini iddia edib.

Xatırladaq ki, 2025-ci ilin mayında Vyetnama rəsmi səfəri zamanı təyyarədən düşərkən həyat yoldaşı Bricit Makron Fransa Prezidentinə sillə vurmuşdu. Bu hadisə nəinki Fransada, bütün dünyada geniş müzakirələrə səbəb olmuşdu.