H.Hacıyevin "Salam Xankəndi" videosunda erməniləri yandıran "mədəniyyət evi"
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərindən video paylaşıb.
Hacıyev “X” hesabında Xankəndi Şəhər Prokurorluğunun binası qarşısından etdiyi paylaşıma “Salam, Xankəndi!” sözlərini yazıb.
Təbii ki, bu maraqlı video bütün sosial şəbəkə platformalarında sürətlə yayılıb.
Eyni zamanda , ermənilərin böyük qəzəbinə səbəb olub. Beləki, Xankəndi şəhərində yerləşən Mədəniyyət mərkəzinin binasının bərpası da videoda göstərilib. Ermənilər bunu " Qarabağdan ermənilərin tarixi izini silmək " kimi dəyərləndirərək əsəbləşiblər.
Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti xəbər yayımladı. Xəbərdə bildirildi ki, Xankəndi şəhərində yerləşən Mədəniyyət mərkəzinin binası bərpa ediləcək və artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb, müvafiq layihə hazırlanıb.
P.S.Bunlar- bu axmaq və xəstə toplum anlamaq istəmir ki, Xankəndi Mədəniyyət Mərkəzi 1980-ci ildə, məhz Sovet Azərbaycanının sərəncamı, layihəsi və büdcəsi ilə tikilib. Bu tikinti xəstə təxəyyülünüzlə uydurduğunuz "qədim erməni kralı Tiqran"ın guya "eramızdan əvvəl" tikdirdiyi uydurma Tiqranakert qalası da deyil.
Əntiqə Rəşid
Digər Xəbərlər
02 Oktyabr 2026 16:33
Xocalı Soyqırımı Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
02 Oktyabr 2026 00:00
“44” bədii filmi bu tarixdən kinoteatrlarda! - VİDEO
01 Oktyabr 2026 20:20
Güllü Muradovaya vəzifə verildi
27 Sentyabr 2026 17:26
"44" bədii filminin növbəti tizeri yayımlanıb
23 Sentyabr 2026 23:37
Leyla Əliyeva milli geyimdə - FOTOLAR
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15
Venesuela səfiri Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub
18 Sentyabr 2026 09:14


Bakı -°C

