Hicablı qadınlar təyyarədən düşürüldü - Video
Bostondan Los-Ancelesə getmək istəyən 2 müsəlman hicablı qadın təyyarədən düşürülüb.
Buna səbəb stüardessanın müsəlman qadınların ona "çox diqqətlə baxdığını” düşünməsi olub.
Hadisə Los-Anceles hava limanında baş verib. Baş verənləri həmin reyslə uçan amerikalı jurnalist Mark Fronfelder lentə ala bilib. Daha sonra o bu görüntüləri "YouTube”a yerləşdirib. Jurnalistin sözlərinə görə, hadisəyə səbəb olan stüardessa qorxmuş və ya narahat olmuş deyil, əksinə, əməlindən razı görünüb. Jurnalist hadisəni absurd və gərəksiz adlandırıb.
"JetBlue” avia şirkətindən bildirilib ki, müsəlmanlar sadəcə dini mənsubiyyətinə görə saxlanılmayıblar. Şirkət nümayəndəsinin sözlərinə görə, hadisə bütün təhlükəsizlik prosedurlarına riayət edilməsi zəruriliyi səbəbindən baş verib. Məlumata görə, müsəlman qadınlar polislə qısa söhbətdən sonra azad ediliblər.
Digər Xəbərlər
07 Iyun 2026 17:56
Musa Nağıyevin evi 2 milyona satışa çıxarıldı - VİDEO
07 Iyun 2026 00:11
11 yaşlı oğlanın qulaqlarından və gözlərindən qan axır - Səbəbi isə...
06 Iyun 2026 19:38
Sarışın qadınlara hansı rənglər yaraşır?
06 Iyun 2026 16:38


Bakı -°C

