adalet.az header logo
  • Bakı -°C
08 Iyun 2026 19:43
64
İDMAN
A- A+

"Qarabağ" onlarla müqaviləni yenilədi

“Qarabağ” klubu akademiyanın baş koordinatoru Aftandil Hacıyev, baş məşqçilər - Maksim Medvedev və Rəşad Sadiqovla müqavilənin müddətini uzadıb.

Adalet.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə akademiyanın meneceri Nail Kərimov məlumat verib.

Rəşad Sadiqov Ağdam klubunun U-19 komandasına, Maksim Medvedev isə əvəzedicilərə başçılıq edir.

Klub rəsmisi bildirib ki, əvəzedicilər liqası ləğv olunsa, M.Medvedev başqa işlə təmin olunacaq. O, son olaraq U-16-nın baş məşqçisi olan Rauf Əliyevlə vidalaşdıqlarını təsdiqləyib.