Hidayət Heydərov yeni reytinq cədvəlində birinci pilləyə yüksəlib
Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin avqust ayının 1-nə olan reytinq cədvəlini açıqlayıb.
Qurumdan Adalet.az-a verilən məlumata görə, Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov (600 xal) birinci pilləyə yüksəlib.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (510 xal) ikinci, idman gimnastı Nikita Simonov (430 xal) isə üçüncüdür.
Bədii gimnast Zöhrə Ağamirova (340 xal), cüdoçular Zelim Kotsoyev (330 xal), Rəşid Məmmədəliyev (295 xal), Balabəy Ağayev (290 xal), Elcan Hacıyev (290 xal), Yaşar Nəcəfov (290 xal) və Leyla Əliyeva (280 xal) növbəti sıralarda yer alıblar.
Digər Xəbərlər
15 Sentyabr 2026 18:04
"Karvan-Yevlax" hücumçu transfer etdi
15 Sentyabr 2026 17:02
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
15 Sentyabr 2026 09:00
Ronaldonun uğurunun sirri: Yüzdə 90-ımız bunu etmir
14 Sentyabr 2026 17:40
"Neftçi"də yeni müqavilə
14 Sentyabr 2026 17:30
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
14 Sentyabr 2026 16:54
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
14 Sentyabr 2026 09:25
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
14 Sentyabr 2026 09:16


Bakı -°C

