Hikmət Hacıyev Aİ Siyasi və Təhlükəsizlik Komitəsinin təmsilçiləri ilə müzakirələr aparıb - FOTO
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqına (Aİ) üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsi ilə müzakirədə iştirak edib.
Bu barədə o, özünün “X” hesabında paylaşım edib.
“Biz Avropa İttifaqına üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsi ilə geniş və dərin müzakirə apardıq. Görüşümüzə həmsədrlik etdiyi üçün Siyasi Direktorun müavini Delfin Pronka (Delphine Pronk) təşəkkür edirəm”, - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, görüş iştirakçıları arasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov da yer alıblar.
Digər Xəbərlər
15 Sentyabr 2026 12:45
Hakan Fidan Bakıda - YENİLƏNİB + FOTO
15 Sentyabr 2026 12:39
İlham Əliyev beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - FOTOLAR
15 Sentyabr 2026 12:00
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
15 Sentyabr 2026 11:26
Türkiyə XİN Azərbaycanı təbrik edib
15 Sentyabr 2026 10:28
”Diplomatların Qarabağa səfəri ətrafında manipulyasiya yaratmaq yolverilməzdir”
15 Sentyabr 2026 09:43
"Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu" - XİN
14 Sentyabr 2026 19:58
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
14 Sentyabr 2026 18:37


Bakı -°C

