Hikmət Hacıyev Blinkenin köməkçisi ilə müzakirə apardı

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ dövlət katibinin köməkçisi Karen Donfridlə görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Hikmət Hacıyev və Karen Donfrid arasında keçirilmiş görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin hazırkı vəziyyəti, sülh müqaviləsi, sərhədlərin delimitasiyası və nəqliyyat məsələlərini müzakirə ediblər.
Tərəflər Azərbaycan - ABŞ ikitərəfli strateji əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
Digər Xəbərlər

Aqiyə Naxçıvanlı: “Dövlətimiz tərəfindən Zəngilanın mövcud potensillarının reallaşdırlıması istiqamətində məqsədyönlü tədbirlər görülür”

Hikmət Hacıyev: “Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün ayrı-seçkiliyə məruz qalır”

"Türkiyə vətəndaşlarına qarşı Ermənistanın etnik nifrəti ciddi təhdid mənbəyidir" - XİN
