“Hinnamnor” qasırğasının dəhşət saçan görüntüləri: Cənubi Koreyadan FOTOLAR

Cənubi Koreya Respublikasında təbii fəlakət canlar alıb.
Adalet.az xarici mediaya istinadən xəbər verir ki, böyük dağıntılara səbəb olan “Hinnamnor” qasırğasından ən çox zərər çəkən yaşayış məntəqəsi Phohan şəhəri olub. Bu şəhərdə ölənlərin və itkin düşənlərin sayında artım var:
BBC-nin xəbərinə görə, səhər saatlarında Phohan şəhərində yeraltı dayanacağa enib maşınlarını seldən çıxartmağa çalışan 9 nəfərdən 7-si elə prdaca həyatını itirib. Daha sonra isə qasırğanın şiddətlənməsi nəticəsində ölənlərin sayı 10 nəfərə, itkinlərin sayı isə 2 nəfərə çatıb.
Şəhərdə yollar və binalar su altında qalıb, torpaq sürüşmələri qeydə alınıb. Cənubi Koreya prezidenti Phohan şəhərini xüsusi fəlakət zonası elan etmək niyyətindədir.
.Əntiqə Rəşid
Digər Xəbərlər

Tramp: ABŞ və Çin arasında ticarətlə bağlı danışıqlar uğurlu keçib

ABŞ İranın nüvə proqramının ləğvi ilə bağlı çağırış edib

"NATO Rusiyaya qarşı döyüşür" - Peskov
