28 Sentyabr 2024 16:00
65
DÜNYA

“Hizbullah” Həsən Nəsrullahın ölümünü təsdiqlədi - YENİLƏNİB

“Hizbullah” lideri Həsən Nəsrullahın ölümünü təsdiqləyib.

Adalet.az xəbər verir ki, bu barədə “Hizbullah”a məxsus “Əl-Mənar” telekanalı məlumat yayıb.

Təşkilatdan telekanala verilən açıqlamada "Hizbullah"ın İsrailə müqavimət göstərməyə davam edəcəyi bildirilib.

***12:35

İsrail ordusu Livan “Hizbullah”ının lideri Həsən Nəsrullahın ölmü ilə bağlı məlumat yayıb.

Adalet.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, Həsən Nəsrullah sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələrinin Beyrutu bombalaması nəticəsində ölüb.