28 Sentyabr 2024 14:42
77
DÜNYA

Xamneyi təhlükəsiz əraziyə təxliyə edilib

İranın ruhani lideri Əli Xamneyi “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın ölümü ilə bağlı iddialar fonunda təhlükəsiz yerə köçürülüb.

Adalet.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadla məlumat yayıb.

Bildirilib ki, Xamneyinin olduğu yerdə təhlükəsizlik tədbirləri gücləndirilib. Mənbələr, həmçinin iddia edirlər ki, İran Nəsrullahın ölümü haqqında xəbərlərdən sonra görüləcək tədbirlərlə bağlı “Hizbullah” və regiondakı digər müttəfiqləri ilə əlaqə saxlayır.

Xatırladaq ki, İsrail ordusu Nəsrullahın sentyabrın 27-də Beyruta hava hücumu nəticəsində öldürüldüyünü rəsmən təsdiqləyib.