18 Yanvar 2025 14:33
131
GÜNDƏM

Hökümə Əliyevanın ailəsinə qarşı cinayət törədənlər müəyyənləşdi, zərər ödənildi

Milli Qəhrəman Hökümə Əliyevanın  atasının bank kartından pul vəsaitini oğurlayan şəxslər müəyyən edilib, zərər ödənilib.

DİN-n Mətbuat Xidmətindən Adalet.az-a bildirilib ki, Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları  tərəfindən tədbirlər görülüb.

Qeyd edilib ki, fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib. 

Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.